Tramp Ərdoğandan danışdı: "Sərt adamdır, amma..."

19 Fevral, 2020 13:19 | Siyasət | Baxış sayı: 122
Tramp və Ərdoğan
Tramp və Ərdoğan

ABŞ lideri Türkiyə prezidenti ilə nədən danışıb?

"Ərdoğanla İdlib haqqında danışdıq. Onunla birlikdə çalışırıq. Nə edə biləcəyimizi müzakirə etdik". ABŞ lideri Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı barədə açıqlama verib. 

Tramp həmkarını güclü və sərt lider kimi təqdim edib. Onun sözlərinə görə, Ərdoğan ilə münasibətləri yaxşıdır. "Onunla yaxşı danışığımız oldu. Sərt adamdır, amma yaxşı münasibətimiz var. Yüz minlərlə insanın öldürülməsini istəmir".

Xatırladaq ki, iki lider arasında telefon danışığı həftəsonu olmuşdu. Telefon danışığından sonra Ağ evin yaydığı açıqlamada Trampın Ərdoğana Türkiyənin humanitar bir fəlakətin qarşısını alçaq üçün göstərdiyi səylərə görə təşəkkür etdiyi bildirilmişdi.