Ermənistan ordusunda şok ölümlər - 2 aya 15 nəfər

19 Fevral, 2020 09:35 | Siyasət | Baxış sayı: 46
Erməni hərbçinin əşyaları
Erməni hərbçinin əşyaları

8 hərbçinin özünü öldürməsinin qarşısı alınıb

Ermənistan Silahlı Qüvvələrində bu ilin yanvar ayından 8 özünəqəsd hadisəsinin qarşısı alınıb. Bu barədə Baş qərargah rəisi Artak Davtyan bildirib.

Onun sözlərinə görə, yanvar ayının əvəllindən qeyri-döyüş şəraitində 15 erməni hərbçisi ölüb. "Bu böyük ictimai rezonanasa səbəb olub. Bəzi hallarla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb". 

Bununla yanaşı baş qərargah rəhbəri onlardan bəzilərinin çox şəxsi xarakter daşığı üçün detalları açıqlamaqdan çəkinib. Lakin o qeyd edib ki, bu hallar bu gün ordudakı mövcud vəziyyətlə bağlı müəyyən nəticələr çıxarmağa kömək edir.

Yerli ekspertlərin sözlərinə görə, ölümlərin böyük əksəriyyəti Azərbaycanın işğal altında olan Qarabağ zonasında baş verib. Davtyan isə bu detalları açıqlamaqdan boyun qaçırıb.