Güclü qar Tehran aeroportunu iflic etdi

19 Yanvar, 2020 12:38 | Siyasət | Baxış sayı: 81

İran paytaxtında məktəblərdə dərslər dayandırılıb

İranın Tehran şəhərində yerləşən “Mehrabad” aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb.

İstiPress-in  məlumatına görə, bu barədə “TASS” hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.

Buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.

Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.