Üçüncü dünya müharibəsi proqnozu - 2019-da

18 Dekabr, 2018 10:22 | Siyasət | Baxış sayı: 237
Avropada müharibənin proqnozu
Avropada müharibənin proqnozu

Tərələflər qərb və Rusiya, Çin ola bilər

Gələn il üçüncü dünya müharibəsi ola bilər. İddiaya görə, bu proqnozu hələ əsrlər öncədən məşhur fransız kahin Nostradamus verib. 

İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, fransız blogerlər kahinin proqnozlarını dərc ediblər. 

Bu silahlı münaqişə tərəflərindən biri ABŞ və ya Avropa, digəri isə Rusiya və ya Çin ola bilər. Son nəticə isə Qərbin zəifləməsinə yol açacaq. Müharibə vaxtın nəhəng astreoidin düşmə ehtimalı isə bu vəziyyəti daha da gərginləşdirəcək. 

Xatırladaq ki, səma cismi və Avropanın zəifləməsi ilə bağlı proqnozları ilə dünyanı heyrətə gətirən bolqar baxıcı Vanqanın da öncəgörməsi var. O da, gələn il Rusiya ərazisinə səma cisminin düşə biləcəyini deyib.

Bundan başqa vanqa Rusiya prezidenti Vladimir Putinə sui-qəsd təşkil ediləcəyini də proqnozlaşdırıb.