Tramp Gülə görə Ərdoğana söz verib?

18 Dekabr, 2018 08:38 | Siyasət | Baxış sayı: 93
R.T.Ərdoğan və D.Tramp
R.T.Ərdoğan və D.Tramp

Ağ ev ABŞ prezidentinin öhdəlik götürmədiyini deyir

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib. Bu barədə Ağ evdəki yüksək rütbəli məmurlardan birinə istinadla "Reuters" məlumat yayıb.

Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Trampla Ərdoğan 30 noyabr - 1 dekabrda Argentinada keçirilən sammitdə görüşüblər. "Sputnik Türkiyə"nin məlumatına görə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da Trampın ərdoğana "Gülən və digərlərinin ekstradisiyası ilə bağlı çalışırı" dediyini bildirmişdi.