Saakaşvili prokurorluğa gəldi, gəldiyi kimi də getdi

18 Dekabr, 2017 13:16 | Siyasət | Baxış sayı: 127
M.Saakaşvili
M.Saakaşvili

"Mən prokurorlara hörmət etmirəm"

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib. İstiPress-in məlumatına görə, Saakaşvili prokurorluğu özü gəlsə də, ifadə verməkdən imtina edib. O, binanın girişində jurnalistlərə açıqlama verdikdən sonra oranı tərk edib. 

Cinayətkar dəstə ilə əlbir olmaqda ittiham edilən Saakaşvili Ukrayna prokurorlarına hörmət etmədiyini deyib. "Mənim Ukrayna qanunlarına hörmətim var".

Təhqiqatçı Aleksandr Qovoruşek onun təkrara ifadə vermək üçün çağırılacağını bildirib. "Şübhəli şəxs Saakaşvili öz öhdəliyini yerinə yetirməyib. Bunun üçün də o təkrar istintaqa dəvət ediləcək".

Xatırladaq ki, Ukrayna polisi ölkədə dövlət çevrilişinə cəhddə ittiham edilən M.Saakaşvilini dekabrın 5-də saxlamağa cəhd edib. lakin tərəfdarları polis maşınına hücum edərək onu azad edə biliblər. Növbəti gün polislər  Kiyevin mərkəzindəki çadır şəhərciyinə gələrək onu yenidən saxlamaq istəsələr də buna nail ola bilməyiblər. Keşmiş prezidenti dekabrın 8-də saxlamaq mümükün olub. lakin məhkəmə onu yenidən sərbəst buraxıb.