NATO Qarabağ həllini sürətləndirmək istəyir

18 Dekabr, 2017 14:35 | Siyasət | Baxış sayı: 277
NATO qoşunları
NATO qoşunları

Alyansın baş katibinin yardımçısı İrəvandadır

NATO, Qarabağ probleminin həllində yeni bir sıçrayış görmək ümidindədir, çünki münaqişənin həlli bütün bölgə üçün qazanclı ola bilər.

İstiPress-in "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə bu gün İrəvan Dövlət Universitetində tələbələrlə görüşündə NATO baş katibinin yardımçısı Rouz Gottemüller bildirib.

Rouz Gottemüller - NATO baş katibinin yardımçısı
Rouz Gottemüller - NATO baş katibinin yardımçısı

Gottemüller bildirib: "Yüksək səviyyəli son diplomatik səyləri görməkdən NATO adına sevincli olduğumuzu söyləməliyəm və problemin bir an əvvəl həllinin mümkün olması ümidindəyik".

Gottemüller  90-cı illərdə Klinton rəhbərliyi altında çalışdığını və münaqişənin ilk günlərini gördüyünü bildirib: "25 ilə qədər zaman keçməsinə baxmayaraq münaqişənin  hələ həll edilməmiş olmasından üzülürəm. Ermənistanın və Azərbaycanın birlikdə işləməsi vacibdir. İki həftə əvvəl xarici işlər nazirlərinin Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşmələri xoşdur, dövlət başçıları isə oktyabrda görüşmüşdülər" deyən Rouz Gottemüller bildirib  ki, ABŞ-ın münaqişənin sülh yolu ilə həllində əvvəlki səviyyədə davam etməsindən məmnundur.