Ərdoğandan Trampa göz dağı

18 Dekabr, 2017 09:30 | Siyasət | Baxış sayı: 284
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

"Qüdsdə səfirliyimizi açacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ dövlət başçısı Donald Trampa göz dağı. İstiPress-in məlumatına görə, Ərdoğan Vaşinqtonun öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək barədə qərarına cavab olaraq, respublikanın Şərqi Qüdsdə öz səfirliyini açmaq niyyətində olduğunu bəyan edib.

"Qüds indi işğal altında olduğu üçün gedib səfirliyimizi aça bilmirik. Qiyabi olaraq bunu etmişik. O günlər də yaxıdadır, səfirliyimizi də orada açacağıq".

Xatırladaq ki, D.Tramp dünyanın etiraz etdiyi qərarını dekabrın 6-da elan edib. Dekabrın 13-də isə İstanbulda İƏT ölkələrinin Qüdslə bağlı fövqəladə saammiti keçirilib. Sammitdə çıxış edən türk lider İsraili terror dövləti adlandırıb. "“Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur". 

Ərdoğan çıxışında Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət edib.