Azərbaycanın şimal qonşusunda prezident olmaq istəyənlərin yarışı başladı

18 Dekabr, 2017 12:30 | Siyasət | Baxış sayı: 88
Rusiyada prezident seçkisi
Rusiyada prezident seçkisi

Seçki martın 18-də olacaq

Bu gündən Azərbaycanın şimal qonşusu Rusiyada seçkiqabağı kampaniyaya start verilib. İstiPress-in məlumatına görə, prezident seçkisində iştirak etmək istəyən namizdələrə 90 gün vaxt verilib. Bu zaman ərzində ölkə prezidentliyinə namizəd olanlar rəsmi şəkildə qeydiyyatdan keçməli, lazımi qədər imza toplamalı və təbliğatlarına başlamalıdırlar. 

Prezident seçkisi gələn ilin mart ayının 18-də baş tutacaq. Seçki tarixi Krımın Rusiya tərəfindən ihlaq edilməsinin 4-cü ildönümü gününə təsadüf edir.

Büdcədən bu proses üçün 15 milyard rubl pul ayrılıb. Ölkə rəhbərliyi adı uğrunda hazırkı prezident Vladimir Putin ilə yanaşı Vladimir Jirinovski, Kseniya Sobçak, Sergey Polonski, Andrey Boqdanov və başqaları mübarizə aparacaq.