ABŞ-dan Ermənistana gözlənilməz zərbə

18 Noyabr, 2019 16:23 | Siyasət | Baxış sayı: 2525

Qəzetlərin yaydığı xəbərlər İrəvanı şoka salıb

Erməni KİV-ləri baş nazir Nikol Paşinyanın ABŞ səfərinin detallarını açıqlamağa başlayıblar və bu, Paşiyanın 3 dəfə düşmüş reytinqinin çöküşünü daha da sürətləndirib.

İstiPress-in məlumatına görə, səfərin detallarını İrəvanda nəşr olunan “İrates” qəzeti dərc edib.

Qəzetin yazdığına görə, Nikol Paşiyanın Los-Ancelesdə sentyabrın sonlarında erməni icması ilə keçirdiyi görüş zamanı çox sayda  erməni iş adamı salonu tərk edib. “Nikol Paşinyanın biznesmenlərlə görüşü zamanı ABŞ-ın erməni sahibkarlarının bir qismi zalı tərk etdilər və öz fikirlərini onunla əsaslandırdılar ki, “bu, boş gəvəzəlikdir, onun (Paşinyanın - red.) danışmağa sözü yoxdur””,- deyə qəzet yazır.

Digər erməni KİV-ləri isə Los-Ancelesdə Paşinyanın keçirmək istədiyi mitinqlə bağlı detalları açıblar. Sən demə, Ermənistan baş naziri 1 milyon erməninin yaşadığı Kaliforniya ştatında 40 minlik erməni mitinqi keçirmək niyyətində imiş. Bunun üçün xüsusi avtobuslar ayrılıb və vəsait xərclənib.  Amma bu arzusu gözündə qalıb - mitinqə vur-tut 10 min adam gəlib.

Ermənistan üçün ən arzuedilməz məsələ isə ABŞ rəsmilərinin Ermənistan baş naziri ilə görüşmək istəməməsi olub. Nikol Paşinyan heç bir ABŞ rəsmisi ilə görüşə bilməyib. Üstəlik, görüşmək üçün dəvət etdiyi 30 konressmendən yalnız 1-i görüşə gəlib və buna görə həmin görüş barədə rəsmi açıqlanma verilməyib.

Təbii ki, Paşinyan bundan artığına ümid edə bilməzdi. İnqilab günlərində Rusiya və onun Ermənistandakı hərbi bazasının əleyhinə şüarlar səsləndirib, qərbə inteqrasiyadan danışan Nikol Paşinyan indi Rusiyanın sadiq quluna çevrilib. Bu da qərbin diqqətindən yayınmır. Ona görə də Ermənistan liderinə ona uyğun olan ləyaqətsiz səviyyədə yanaşıblar.