Paşinyanın ən çox qorxduğu an

18 Oktyabr, 2019 15:25 | Siyasət | Baxış sayı: 229
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni nazir niyə Putinin yaxın adamı ola bilmədi?

Ermənistanın baş naziri Nikol Paşinyanı bu dünyada hər şeydən çox özünün populyarlığı mareaqlandırır. Bu barədə “Euroasianet” yazır. Hətta ən yaxın tərəfdarları belə Paşinyan qəti qərarlar qəbul etmək  qabiliyyətində olmamasından şikayət edirlər. Onun söz verdiyi iqtisadi, məhkəmə və s. islahatlar da tormozlanıblar. Adının açıqlanmasını istəməyən yüksək çinli məmurlardan biri belə deyib. Onun sözlərinə görə, nazir səhv etməklə  populyarlığını itirməkdən çox qorxur. 

Ekspertlər deyirlər ki, baş nazir daima birinci olmaq cəhdləri, heç kimə bənzəməmək arzularından danışır. Bu günlərdə deputatlar qarşısında çıxışında da o, yenə belə deyib: ”Biz birinciyik və demokratiyanın elə həddinə çatmışıq ki, beləsi hələ heç kimdə yoxdur. Bütün dünya bizdən dərs almalıdır”.  Deyiləsi heç nə yoxdur...

Ermənistanda yaşamaq isə hər gün daha da çətinləşir. Erməniyönümlü başqa bir Rusiya portalı “Regnium” isə yazır ki, məhz Paşinyan Rusiya prezidenti Vladimir Putinin ən etibarlı tərəfdaşı olmalıdır. Amma faktiki olaraq bu yerdə Azərbaycan lideri İlham Əliyev dayanır.

Portal qeyd edir ki, Paşinyan “Qarabağın Ermənistanındır" bəyanatı çoxlarını təəcübləndirib. Axı bu danışıqlar prosesinin bitməsinə və Azərbaycanın silahdan istifadəyə keçməsinə səbəb ola bilər. Amma ancaq bakı yox, çoxları hesab edir ki, Paşinyan daxili auditoriya üçün oynayır.

Azərbaycan liderinin diplomatik qabiliyyəti və böyük təcrübəsi isə göz önündədir. İlham Əliyev "Valday" foruçmunda Paşinyanın cavabını səlist verdi. Hətda daha da irəli getdi. Türk Şurasının Bakıda keçiirlən zirvəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşdiyini qeyd edib. "Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı". Bunu da düzəltmək lazımdır. 

Bu sözlər erməniləri çox qorxudub. Təbii ki, Paşinyanı da. Məhz onun sərrast rəhbərliyi altında Ermənistan “çiçəklənir”. Amma hər şeyin sonu var. Paşinyanın özünün fikirləşdiyi kimi günü-gündən "artan" populyarlığı bir gün ona baha başa gələ bilər.