ABŞ prezidentinin özündənrazılığı VİDEO

18 Oktyabr, 2019 16:19 | Siyasət | Baxış sayı: 73
Donald Tramp
Donald Tramp

Tramp yenə ənənəsini pozmadı

ABŞ prezidentinə sual ünvanlayan fransalı jurnalist gözləmədiyi cavabla qarşılaşıb. Jurnalist Trampa yaxınlaşaraq ABŞ-da işsizlik səviyyəsinin nə üçün aşağı olduğunu soruşub.

"Fransada bu səviyyə çox yüksəkdir. Bəlkə bunun üçün bir formulunuz var?" Daima qalmaqallı açıqlamalar verən, sözləri ilə gülüş, təccüb  doğuran Tramp bu dəfə də öz ənənəsini pozmayıb. "Bəlkə bizim prezidentimiz daha yaxşıdır", deyərək o özündən razılığını gizlətməyib.  

Xatırladaq ki, Tramp ötən gün italiyalı həmkarı ilə görüşüb. O, danışıqlar zamanı Sergio Mattarellanı "mozzarella"(pendir növü) adlandırıb. Sonra isə iki ölkə arasındakı münasibətlərin  antik Roma imperiyası dövrünə gedib çıxmasından danışıb.