Ordumuz "İQLA"dan atış etdi VİDEO

18 Oktyabr, 2018 13:30 | Siyasət | Baxış sayı: 133
Atış
Atış

Atış döyüş hazırlığı planına uyğun keçirilib

Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimlərində “İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilir.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.