Müdafiə naziri yeni silahlara baxdı FOTOLAR

18 Oktyabr, 2018 14:11 | Siyasət | Baxış sayı: 97
Zakir Həsənov
Zakir Həsənov

Çexiyadakı sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin şərgidə iştirak edən xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullar ilə tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

Səfər çərçivəsində müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.