Paşinyan polisləri də narazı saldı

18 Oktyabr, 2018 11:22 | Siyasət | Baxış sayı: 117
Ermənistan polisi
Ermənistan polisi

Onlar Azərbaycanla sərhəddə 15 gün xidmət etmək istəmirlər

Ermənistanda Daxili Qoşunlar polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir. Bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin avqustunda polis əməkdaşlarının Azərbaycan-Ermənistan sərhədində 15 gün xidmət keçməsi haqqında qərar qəbul edib. Lakin polis əməkdaşları nazirin bu qərarından narazı qalıblar. Onlar düşünürlər ki, qeyd edilən ərazi kifayət qədər təhlükəlidir.

Qəzetin mənbəsinin məlumatına görə, artıq xeyli polis əməkdaşlıq haqqında əmək müqavilələrini pozub, polis oqranlarını tərk ediblər. Onlar hətta bu xidmət müqabilində olan artıq ödənişlərdən də imtina ediblər. "Həyat puldan dəyərliddir", deyə onlardan bəziləri bildirib.

Rəsmi oqranlar isə hələlik polislərin kütləvi istefasınına reaksiya verməyib.