Trampı seçdirən 27 yaşlı azərbaycanlı

18 Oktyabr, 2017 10:26 | Siyasət | Baxış sayı: 1078
Kelli Konuey - Trampın köməkçisi (fotonu "Trolli fabriki" müşahidə kameralarından çəkib)
Kelli Konuey - Trampın köməkçisi (fotonu "Trolli fabriki" müşahidə kameralarından çəkib)

İrkustkda böyümüş bir gəncin manifesti

27 yaşlı Ceyhun Aslanov az qala ABŞ prezident seçkilərində Hillari Klintonu uduzduraraq Donald Trampı seçdirməkdə günahlandırılır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “RBK” jurnalında dərc olunmuş “ABŞ seçkilərində “Troll fabriki” necə işə salındı?” məqaləsində bəhs edilir. 

Sözün düzü, sadə azərbaycanlı oxucusuna ABŞ prezident seçkilərinə nə qədər Rusiya təmsilçisinin müdaxilə etiməsi elə də maraqlı deyil. Amma Rusiya jurnalının versiyasına görə, ABŞ seçkilərinə Rusiyadan müdaxilə edən “Troll fabriki”nə Azərbaycanda anadan olmuş 27 yaşlı Ceyhun Aslanov rəhbərlik edib.

Jurnalın yazdığına görə, o, “Troll fabriki”nin Amerika şöbəsinə rəhbərlik edib və yazılanlardan belə çıxır ki, o, qarşıya qoyulan məsələlərin öhdəsindən uğurla gəlib. Əslən azərbaycanlı olan bu gənc Sankt-Peterburqa İrkutsk vilayətindən gəlib. Ceyhun Asalnov iqtisadiyyatda oxuyur. Dəfələrlə ABŞ-da, İngiltərədə və başqa ölkələrdə olub.

Ceyhun özü qəti şəkildə bu məsələdə iştirakını, Rusiya təbliğatı üçün işlədiyini təkzib edir. O, “Troll fabriki” ilə heç bir əlaqəsi olmadığını da bildirir.