Netanyahu Putinə zəng etdi

18 Oktyabr, 2017 18:05 | Siyasət | Baxış sayı: 103
Putin və Netanyahu
Putin və Netanyahu

Telefon danışığının İsrailin təşəbbüsü ilə baş tutduğu bildirilir

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

İstiPress RİA agentliyinə istinadən xəbər verir ki, liderlər Suriyadakı vəziyyəti, İraqın nüvə proqramı, həmçinin İraqın Kürdüstan Muxtar Vilayətində olan referendumun nəticələrini müzakirə ediblər.

Telefon danışığının İsrailin təşəbbüsü ilə baş tutduğu bildirilir.