Dünyanın ən varlı adamlarının adları açıqlandı

18 Oktyabr, 2017 13:00 | Siyasət | Baxış sayı: 161
Milyard dollar
Milyard dollar

Bill Qeyts "Forbes" jurnalının dərc etdiyi reytinqə başçılıq edir

ABŞ-ın ən varlı adamı yenidən Bill Qeyts seçilib.

İstiPress-in məlumatına görə, o, "Forbes" jurnalının dərc etdiyi reytinqə başçılıq edir.

"Microsoft"un başçısının var-dövləti 89 milyard dollara çatır. "Amazon" şirkətinin başçısı Ceff Bezos 81,5 milyard dollar ilə ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə isə Uorren Baffetdir, onun var-dövləti 78 milyar dollar təşkil edir.

Tramp bu il 156-cı sıradan 248-ci sıraya geriləyib. Hesabata görə,  Nyu-York daşınmaz əmlak bazarının zəifləməsi ABŞ prezidentinin sərvətinin azalmasına gətirib-çıxarıb.