ABŞ-dan Türkiyəyə 4 şərt

18 Oktyabr, 2017 11:30 | Siyasət | Baxış sayı: 337
Viza
Viza

Türklərdən Amerikaya rədd cavabı

ABŞ Türkiyə ilə viza sahəsidə yaranamış problemin həlli üçün 4 şərt irəli sürüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, viza böhranından sonra Dövlət Departamentindən olan bir heyət Ankaraya gəlib. 

İrəli sürülən şərtlər aşağıdakılardır: 

- Metin Topuz və Mete C. ilə bağlı sübutlar təqdim edilməlidir. 

- Bu təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı  müəyyən edilməlidir. 

- Əgər işçilər ABŞ-ın istəyi ilə təmas qurublarsa azad edilməlidirlər. 

- Konsulluq işçiləri ilə bağlı araşdırma barədə ABŞ-a məlumat verilməlidir. 

Diplomataik mənbələrin məlumatına görə, Türkiyə heç bir şərti qəbul etməyib və danışıqların şərtsiz başladığını bildirib. 

Xatırladaq ki, ABŞ-ın İstanbul konsulluğunun əməkdaşı Metin Topuz Türkiyədə terror təşkilatı hesab edilən FETÖ ilə əlaqədə ittiham edilərək saxlanılıb. Əməkdaşının saxlanmasına sərt reaksiya verən ABŞ türklərə viza verilişini dayandırıb. Türkiyə də anoloji addım atıb.