Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

18 Sentyabr, 2020 16:37 | Siyasət | Baxış sayı: 66
Tofiq Yaqublu
Tofiq Yaqublu

Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.

İstiPress-in məlumatına görə, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.

Vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına qərar verib. O bildirib ki, apelyasiya şikayəti ilə bağlı digər xüsusatlara sentyabrın 28-də saat 15:00-da keçiriləcək prosesdə baxılacaq.