Keçmiş məmurların cinayət işi bərpa edilir
Ermənistanda keçmiş rejimin məmurlarına qarşı açılan cinayət işləri yenidən bərpa edilə bilər. Bu barədə "Aykakan Jamanak" qəzeti yazır. Jurnalistlər hesab edirlər ki, keçmiş hökumət məmurlarına qarşı qaldırılan cinayət işləri Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanın birbaşa vasitəçiliyi ilə dayandırılmışdı. Vanesyan indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb. O, ölkədəki vəziyyəti əsl xaos adlandırıb.
Erməni mətbuatı yazır ki, bu gün ölkənin polis rəisi, o cümlədən güc sturukturlarının başçıları, o cümlədən Müdafiə nazirinin də istefası gözlənilir.
Xatırladaq ki, Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib. V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.
Nərimanov rayon İH-dan cavab verdilər
"Bu, Ermənistanın hərəkət planının olmadığının birbaşa sübutudur"
"İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlayarıq”
Müalicənin növbəti mərhələsində də dəstəyin göstəriləcəyi barədə onun həyat yoldaşına məlumat verilib
İlham Əliyev sərəncam verdi