Ərdoğan ABŞ-a vaxt verdi - 2 həftə

18 Sentyabr, 2019 14:33 | Siyasət | Baxış sayı: 101
R.T.Ərdoğan
R.T.Ərdoğan

Əgər danışıqlar nəticə verməsə...

"Suriyada təhlükəsizlik bölgənin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akademik ilin açılışında deyib.

Prezident bir neçə gün öncə Rusiya və İran prezidentləri ilə keçirdiyi zirvə toplantısından da danışıb. Onun sözlərinə görə, üçtərəfli toplantısa Suriya ilə bağlı önəmli qərarlar qəbul edilib. Əsasəndə Suriyadakı humanitar və siyasi böhranlarla bağlı. "Böyük bir köç dalğası potensiyalını da əhatə edən İdlibdəki vəziyyətlə bağlı ortaq fikir əldə edildi".

Ərdoğan bildirib ki, təhlükəsiz bölgəyə Türkiyə və Avropada yaşayan 3 milyona yakın miqrantı yerləşdirmək olar. 

"Yaxın aylarda baş verən hadisələr Suriya məsələsində müəyyənedici rola sahib olacaq".