Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü

18 Sentyabr, 2018 16:34 | Siyasət | Baxış sayı: 89

Kim Çen In Cənubi Koreya prezidentini göstərdiyi səylərə görə tərifləyib

KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Ce-in arasında Pxenyanda keçirilən rəsmi danışıqlarının ilk günü başa çatıb.

İstiPress-in məlumatına görə, sammit yerli vaxtla saat 15:45-də Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin binasında keçirilib.

Koreya Respublikasının Prezidenti Mun Ce-in danışıqlar zalına getməzdən öncə fəxri qonaqlar kitabında bu sözləri yazıb: “Sülh və tərəqqi – həmvətənlərin vahid gözləntisi”.

Kim Çen In sammiti açarkən Cənubi Koreya prezidentini iki Koreya dövlətinin, eləcə də Pxenyan-Vaşinqton münasibətlərinin inkişafında göstərdiyi səylərə görə tərifləyib: “Mən prezident Munla üçüncü dəfədir görüşürəm və hiss edirəm ki, biz həqiqətən yaxınlaşmışıq. Əldə edilən uğur prezident Munun səyləri nəticəsində mümkün olub. Şimal və Cənubun münasibətləri, KXDR və ABŞ-ın münasibətləri yaxşılaşıb”.

Liderlər arasında danışıqlar sentyabrın 19-da davam etdiriləcək.