Rusiyanın təyyarəsi İsrailə görə vurulub - səhv zərbə

18 Sentyabr, 2018 12:55 | Siyasət | Baxış sayı: 139
Qırıcılar
Qırıcılar

"F-16" rusiyalı hərbçiləri daşıyan təyyarədən müdafiə kimi istifadə edib

Aralıq dənizi üzərində vurulan və içərisində hərbçilərin olduğu Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib. 

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov rus təyyarəsinin İsrail hərbçilərinin günahı ucbatından vurulduğunu açıqlayıb. Rusiya bu hadisəni düşmənçilik adlandırıb.

Onun sözlərinə görə, İsrail pilotu "İl-20"dən qalxan kimi istifadə edib, onu Suriyanın zərbələrinin hədəfinə çevirib. 

Məlumata görə, "F-16"nın Rusiya təyyarəsini görməməsi mümkün deyil. "İsrail hərbçilərinin düşünülməmiş addımı nəticəsində 15 Rusiya hərbçisi ölüb. Bu Rusiya-İsrail tərəfdaşlığına ziddidir. 

İsrail hərbi əməliyyat planlaşdırması barədə əvvəlcədən Rusiyaya məlumat verməyib. "Qaynar xətt"ə zərbədən bir dəqiqə əvvəl məlumat daxil olub. Bu isə Rusiya təyyarəsini təhlükəsiz zonaya yönləndirməyə imkan vermir".