Xaçmaza və Xızıya yeni polis rəisləri təyin edildi

18 Avqust, 2019 14:13 | Siyasət | Baxış sayı: 241
Vilayət Eyvazov
Vilayət Eyvazov

Daxili işlər naziri Vilayət Eyvazov əmr verib

Daxili işlər naziri Vilayət Eyvazov Xaçmaza yeni polis rəisi təyin edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xızı rayon polis şöbəsinin rəisi Həmid Həsənov Xaçmaza təyinat alıb. Xaçmaz polis şöbəsindən faktı İstiPress-ə təsdiq ediblər.

Xızı polis şöbəsinə də təyinat olub. Suraxanı rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı polis şöbəsinə rəis təyin olunub.