Kürəyini Vətənə söykəmiş igidlər

18 Avqust, 2019 12:48 | Siyasət | Baxış sayı: 201

Düşmənə arxa çevirməyən oğulların dastanı

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi günündə yolumuz Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən dağ zastavalarından birinədir.  Yuxarı Tahircal kəndindindəki zastava Qusarın rayon mərkəzindən xeyli aralıda yerləşir.

"Uaz" markalı avtomaşın təxminən 2 saata bizi bu zastavaya çatdırdı. Təbii ki, dağ kənd yolunu “Uaz”la qət etmək bir qədər çətinlik yaratsa da, bir məsələ çox qürurvericidir. Dağlıq zonada belə müasir zastavanın olmasıdır adama qürur verən. Adam həqiqətən ölkənin sərhəd quruculuğunun maddi-texniki bazasının belə yüksək səviyyədə  olması ilə qürurlanmaya bilmir. Yuxarı Tahircal sərhəd  zastavası düz bir ildir yeni, müasir  binaya köçüb. Burada şəxsi heyətin nümunəvi xidmət eləməsi üçün hər çür şərait var.

Gənc əsgərlər zastavada məşğələ, istirahət, məişət, yemək otaqlarından, hamamdan və digər xidməti otaqlardan istifadə edərək dövlət sərhədinin mühafizəsini yüksək səviyyədə aparmaq üçün hazırlanırlar. Sərhədçi əsgərlərin bir xidmət gününün bir neçə saatının müşahidəsi zamanı dövlət sərhədinin mühafizəsinin sözün həqiqi mənasında etibarlı əllərdə olduğunu gördük. Xidmətə başlayan əsgərlər verilən tapşırıq barədə əmr alan kimi dərhal xidmətə davam edirlər.Dağ zastavasında şəxsi heyət dəniz səviyyəsindən 1400 -1930 metr arası dağlıq yüksəkliklərdə dövlət sərhədini mühafizə edirlər.Rusiya ilə sərhəd boyu sərhədçilərin ən yaxın köməkçisi xidməti atlardır.Məhz atlar vasitəsilə ərazinin hər qarışını ciddi yoxlayaraq mühafizə edən əsgərlər  real görünən hər hansı təhlükəni dərhal aradan qaldırmağa müvəffəq olurlar.

Yuxarı Tahircal sərhəd zastavasındakı yeməkxanada bütün işlər əsgərin əlindən çıxır. Çörəyin hazırlanmasından tutmuş bütün yeməklər əsgər əlindən bişirilir, məhz əsgərin əlinin duzunun necə olması onun əl qabiliyyətindən xəbər verir. Əsgərlərlə nahara oturarkən şəxsi heyətin  yemək duası etmələrinin də şahidi olduq. "Tanrıya  and olsun,millətimiz var olsun"-deyə  şəhər yeməyi,nahar və şam yeməyi zamanı dualar edilir.
Zastavada divar mətbuatına da rast gəldik.Ölkədə gündəlik baş verən mühüm hadisələrlə,xidmətdə fərqlənən əsgərlərin adları ilə, müxtəlif elanlarla bu divar mətbuatında tanış olmaq mümkündür.

Yaranmasından bir əsr ötən, bu gün peşə bayramlarını qeyd Azərbaycanın Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası tam yüksək səviyyədədir. Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev mərhum, amma həmişəyaşar Heydər Əliyevin Azərbaycanın Sərhəd Mühafizəsinin maddi-texniki bazasının gücləndirilməsində misilsiz rolu olduğunu bildirib. O, Heydər Əliyevin sərhəd quruculuğu sahəsində başladığı işləri indi prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib.

Onun sözlərinə görə, bu gün nəinki Yuxarı Tahircal zastavası, Sərhəd Xidmətinin bütün dövlət sərhədlərində yerləşən sərhəd zastavaları yeni binalarla təmin edilib: "Bu gün Xınalıqda, Sudurda, Ləzədə, Yuxarı Kalunxurda və ölkənin istənilən nöqtəsində yerləşən sərhəd zastavası yüksək şəraitli bina və avadanlıqla təchiz olunub.

"Bu gün prezident İlham Əliyevin birbaşa dəstəyilə, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı ilə Azərbaycan sərhədçiləri həm quru, həm su, həm də hava sərhədlərimizi əzmlə,peşəkarcasına qoruyaraq mühafizə edirlər.

İstiPress olaraq biz də Azərbaycanın Dövlət Sərhədlərini göz bəbəyi kimi qoruyan, çətin relyef şəraitində qulluq edən, canlarından belə keçməyə hazır olan hər bir sərhədimizi bu gün münasibətilə təbrik edirik. Təbrikin böyük bir hissəsi bu gün DSX rəisi olan, düz 27 il bundan əvvəl-16 iyun 1992-ci ildə Qusarın Rusiya-Azərbaycan sərhədindəki Samur ərazisində Yalama əlahiddə buraxılış məntəqəsinin rəisi kimi xidmətə başlamış cənab general -polkovnik Elçin Quliyevə düşür. O zaman baş leytenant olan Elçin Quliyev Heydər və İlham Əliyevlərin rəhbərlikləri və uğurlu siyasəti nəticəsində Azərbaycanın Sərhəd Mühafizəsini  çox güclü bir Sərhəd Qurumuna çevirə bilib. Təbrik edirik, cənab general-polkovnik Elçin Quliyev! Təbrik edirik sizi, möhtərəm sərhəd qoruyucuları!!!

Aytəkin Alxaslı