Türkiyədən F-35 cavabı

18 İyul, 2019 09:25 | Siyasət | Baxış sayı: 199
F-35 qırıcıları
F-35 qırıcıları

"Türkiyənin bu proqramdan çıxarılması ədalətsizlikdir"

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması birtərəfli və qanunsuz addımdır. Türkiyə tərəfi bunu iki ölkə arasındakı strateji münasibətlərə zərbə adlandırıblar.

"F-35" proqramının əsas tərəfdaşlarından olan Türkiyənin oradan çıxarılması ədalətsizlikdir. S-400-ün F-35 üçün təhlükə yaratması iddiası əsassızdır.

Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. 

Xatırladaq ki, Vaşinqtonun bu addımı atmasına səbəb Türkiyənin Rusiya istehsalı olan S-400 raket zenit kompleksini alması olub. Ağ ev bu kompleksin alınmasının yeni Amerika qırıcılarının çatdırılması ilə uyğun gəlmədiyini bəyan edib.