Şimalda örnək aksiya

18 İyul, 2019 18:56 | Siyasət | Baxış sayı: 93

İrsi qan xəstəliyindən əziyyət çəkənlər üçün qan verdilər

Qubada qanvermə aksiyası keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, aksiya H.Əliyev Fondunun təşkilatçılığı ilə Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Quba bölməsi və rayon mərkəzi xəstəxanası ilə birgə keçirilib.

Aksiyada rayonun müxtəlif idarə və müəssisələrindən, rayonda yerləşən hərbi hissələrdən 200 nəfər insan iştirak edib. Yoxlanılaraq 98 nəfərdən qan götürülüb.

Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov bildirib ki, toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsinə sərf ediləcək. Bir müddət əvvəl Qusar və Xaçmazda da analoji aksiya keçirilib.