Paşinyanın yalanları

18 İyul, 2019 10:40 | Siyasət | Baxış sayı: 109
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni nazir indi də özünü sülhməramlı kimi göstərmək istəyir

Bakı və İrəvan arasındakı "qaynar xətt" işləyir, amma heç bir qurbanın olmayacağı barədə zəmanət yoxdur. Bu barədə Nikol Paşinyan “Azadlıq” radiosunun erməni bölməsinə müsahibəsində deyib.

Baş nazir gözəl anlayır ki, Qarabağ münaqişəsi həll edilmədən Ermənistan iqtisadiyyatının gələcəyi yoxdur. Bunun üçün də müsahibənin böyük hissəsi bu problemə həsr edilib. Jurnalistlərlə söhbətində o, özünü az qala sülhməramlı kimi təqdim etməyə çalışıb. Guya o daima Azərbaycana məxsus olan bu dağlıq zonada münaqişənin həllinə çalışıb.

“Mən baş nazir seçiləndə qeyd etdim ki, Qarabağ probleminin həlli üçün həm Ermənistan, həm Qarabağ və Azərbaycanda qəbul ediləcək variant vacibdir. Əvvəlki rəhbərlərdən heç biri heç vaxt deməyiblər ki, qərar həm də Azərbaycan xalqı üçün qəbuledilən olmalıdır”.

Amma bütün bunlar söz yığınından başqa heç nə deyil. Axı erməni nazirə heç olmasa Azərbaycan icması ilə görüşməyə cəhd etməyə nə mane olub? Nə üçün işğğal edilən torpalarda Ermənistan silahlı qüvvələrini saxlayır? Əgər Qarabağla ermənilər arasında birlik varsa nə üçün rəsmi İrəvanla qondarma rejim arasında didişmə bitmir? Öz oğlunu işğal altında olan torpaqlarda hərbi xidmətə göndərməsi onun sülhməramlı obrazı ilə heç uyğun gəlmir.

Hələ SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov Qarabağda həyat səviyyəsini öyrənmək üçün bura xüsusi komissiya göndərmişdi. Bu komissiyanın rəhbəri də məhz erməni idi. Bir neçə ay sonra onlar Qorbaçova hesabat təqdim ediblər. Burada da etiraf edilmişdi ki, Qarabağ Azərbaycanın iqtisadi cəhətdən ən inkişaf etmiş rayonlarındandır. Bəs bu gün işğal altında olan torpaqlarda əhali hansı vəziyyətdə yaşayır? Ermənistanda olduğu kimi yoxsul və çətinliklə. 

Paşinyan isə jurnalistləri aldatmağa davam edir. O hesab edir ki, öz təşəbbüsü isə ya Düşənbə, ya Sankt Peterburqda görüşməyə çalışdığı Azərbaycan prezidenti deməlidir ki, Qarabağ probleminin həlli ancaq həm Ermənistan, həm separatçı rejim, həm Azərbaycan üçün qəbul edilən olarsa mümkündür.

İlham Əliyev dəfələrlə ermənilərə ordularını işğal edilən torpaqlardan çıxarmaları barədə xəbərdarlıq edib. Bu ancaq Qarabağda yox, həm də bütün Cənubi Qafqazda çiçəklənmə və inkişafa imkan verəcək.

Tarix hər zaman işğalçıların məğlubiyyətinə şahidlik edib.