NATO Türkiyəni qorudu

18 İyul, 2019 11:22 | Siyasət | Baxış sayı: 106
Türk hərbçilər NATO təlimində
Türk hərbçilər NATO təlimində

"Türkiyənin NATO-dan çıxarılması gündəmdə deyil"

"Türkiyənin NATO-ya qatqısı və NATO-nun Türkiyə ilə işbirliği F-35-lərdən daha dərin, əhatəlidir. S-400 məsələsini kiçiltmirəm, ancaq bir NATO müttəfiqi olaraq Türkiyə S-400-lərdən daha böyükdür".

NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları verməsini qadağan etməsi haqqında qərarına münasibət bildirərkən açıqlayıb.

O, qeyd edib ki, hər bir ölkə hansı müdafiə sistemi alacağına özü qərar verir. Ancaq NATO üçün önəmli olan bu sistemlərin alyansın sistemləri ilə uyğun işləməsidir. 

"S-400 NATO-nun havadan müdafiə sistemlərinə inteqrasiya olmayacaq. Çünki onlar bərabər işləyə bilməzlər. Onsuz da Türkiyənin də belə bir tələbi olmayıb". 

Stoltenberqin sözlərinə görə, Türkiyə İŞİD-la mübarizədə açar rolu olan mütəffiqdir. "Türkiyə NATO-nun hava müdafiə sisteminin inteqrasiya olunan bir parçası idi, belə qalmağa da davam edəcək. Ancaq hazırda olduğumuz mərhələdən də narazıyam, çünki Türkiyə artıq F-35 proqramının bir parçası olmayacaq". 

O, həmçinin qeyd edib ki, Türkiyənin Rusiya istehsalı olan sistemi aldığı üçün alyansdan çıxarılamsı məsələsi də gündəmdə yoxdur. Hheç bir müttəfiq bu məsələni gündəmə gətirməyib, çünki biri digərinə bağlıdır.