Ermənistanda oduna görə toqquşma

18 İyul, 2019 08:38 | Siyasət | Baxış sayı: 42
Ermənistan polisi
Ermənistan polisi

Etirazçılar Gürcüstana gedən avtomobil yolunu bağlayıblar

Ermənistanda polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib. 

Toqquşma paytaxt İrəvandan 130 kilometr məsafədə, İcevan şəhəri yaxınlığında baş verib. Etirazçılar Gürcüstana gedən avtomobil yolunu kəsiblər və onlara meşələrdə odunları tədarük etməyə icazə verməyi tələb ediblər.

Polislər yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. Aksiyaçılar polisləri daşa basıblar, asayiş keşikçiləri geri çəkiliblər.