Erməni deputatları Rusiyada belə ələ saldılar

18 İyul, 2019 16:03 | Siyasət | Baxış sayı: 510
Alen Simonyan
Alen Simonyan

"İrates": Erməni parlamentinin tarixində belə şey olmayıb

Ermənistan xarici siyasəti çat verir. İstiPress-in məldumatına görə bu barədə İrəvanda dərc olunan  "İrates" qəzeti yazır.

Məsələyə ironik tərzdə yanaşan qəzet bildirib ki, bu yaxınlarda Alen Simonyanın başçılığı altında Moskvaya səfər etmiş Ermənistan nümayəndə heyəti gülməli hallar yaşayıb.

“Nümayəndə heyəti birgə iclasda iştirak üçnü getmişdi. Amma aydın olub ki, erkən saatlarda onları mehmanxanadan çıxarıblar və əşyvalarını avtobusa yığıblar. Halbuki, Ermənistana təyyərə axşam uçur. Bizimkilər çamadanlarını avtobusda qoyublar və iclasda iştirak ediblər, sonra elə avtobusda paltarlarını dəyişib yola düşüblər”, - deyə qəzet bildirir ki, erməni parlamentinin tarixində belə şey olmayıb.

Səfərdə Ermənistan nümayəndə heyətinin başçısı Alen Simonyan Rusiya Dövlət dumasının sədr müavini Sergey Neverovla görüşüb. Maraqlıdır ki, görüş barədə yayılmış rəsmi reportacda Neverov olsa da, Simonyan yoxdur, Neverovla söhbət edən başqa adamı kürəkdən göstəriblər.