Tramp miqrantların kütləvi deportasiyasına başlayır

18 İyun, 2019 09:45 | Siyasət | Baxış sayı: 70
Donald Tramp
Donald Tramp

Öz "Twitter" mikrobloqunda yazıb

ABŞ gələn həftədən miqrantların kütləvi deportasiyasına başlayacaq.

İstiPress TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı öz "Twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, ABŞ-ın immiqrasiya və gömrük polisi milyonlarla miqrantı gələn həftədən deportasiya etməyə başlayacaq.

"Gələn həftə ABŞ-ın immiqrasiya və gömrük polisi qanunsuz olaraq Birləşmiş Ştatlar ərazisinə keçmiş milyonlarla əcnəbinin deportasiyası prosesinə başlayacaq. Onlar gəldikləri sürətlə də ölkədən göndəriləcəklər", - deyə o əlavə edib.