Məhəmməd Mursinin ölüm səbəbi məlum olub

18 İyun, 2019 09:38 | Siyasət | Baxış sayı: 246
Məhəmməd Mursi
Məhəmməd Mursi

Misirin dövlət televiziyası məlumat yayıb

Misirin inqilabdan sonra demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ölüm səbəbi məlum olub.

İstiPress TASS-a istinadən xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Onların sözlərinə görə, Mursi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mursi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. Ona söz verilib, daha sonra isə fasilə elan olunub. Həmin an sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib.