Ermənistan Dağlıq Qarabağda muzdlu hərbçi itirdi

18 İyun, 2019 14:59 | Siyasət | Baxış sayı: 124
Cəbhədə ölmüş erməni əsgərinin əşyaları
Cəbhədə ölmüş erməni əsgərinin əşyaları

Onu hospitala aparıblar və orada ölüb

Ermənistan ordusunun muzdlu hərbçisi Araik Balasanyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində  ölüb.

İstiPress bildirir ki, məlumatı “Aysor” yayıb.

İyunun 18-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində A.Balasanyan yaralanıb. Onu hospitala aparıblar və orada ölüb.