Yəmən bombardman edildi: 24 ölü

18 İyun, 2017 13:40 | Siyasət | Baxış sayı: 146

Ölənlər dinc sakinlərdir

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin Saada əyalətinə endirdiyi aviazərbə nəticəsində 24 dinc sakin ölüb.

İstiPress-in “Saba” agentliyinə istinadən verdiyi xəbərə görə,  bombardman dünən gecə saatlarında baş verib. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Şada rayonunda El-Maşnak bazarı bombalanıb. Nəticədə 24 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirir. İndiyə qədər 10 min din sakin, o cümlədən 2,4 min uşaq və 2 min qadın həyatını itirib.