Səudiyyə Ərəbistanı ilə İsrail danışıqlara başladı

18 İyun, 2017 11:20 | Siyasət | Baxış sayı: 241

Qətərlə münasibətlərin pozulmasında İsrailin əli ola bilərmi?

Səudiyyə Ərəbistanı ilə İsrail iqtisadı əlaqələrin bərpası məqsədi ilə danışıqlara başlayıb.

İstiPress “1prime.ru”ya istinadən xəbər verir ki, bu barədə “Times” ərəb və amerikalı mənbələrə istinadən məlumat yayıb.

Əlaqələrin bərpası, İsrailin “El-Al” aviaşirkətinə Səudiyyə Ərəbistanı ərazisinə uçuşlar həyata keçirməyə icazə verilməsi ilə başlanılacaq.

Qeyd edək ki, İsrailin Ərəb ölkələri ilə əlaqələri bərpa etməsi politoloqlar tərəfindən gözlənilməz addım kimi qiymətləndirilir. Xatırladaq ki, İsraillə sonuncu ərəb dövləti Qətər arasında əlaqələr 2009-cu ilin əvvəllərində dondurulub. Buna səbəb, rəsmi Dohanın İsraildən Qəzzadakı əməliyyata son qoymasını tələb etməsi olub.   

Əlaqələrin bərpası İsrail şirkətlərinə on ildən sonra Körfəz ərazisində fəaliyyət göstərə bilməsi üçün imkan yaradacaq.

Qəzet onu da yazır ki, Qətərə qarşı qurulan planın arxasında İsraillə aparılan müzakirələr dayanır.