"Köhnə şəhər"ə hücum başladı

18 İyun, 2017 11:50 | Siyasət | Baxış sayı: 133

Beləliklə İŞİD-in Mosulda mövcudluğuna son qoyulur

İraq ordusu Mosulun Köhnə şəhər adlanan rayonunu azad etmək üçün hücuma başlayıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd edək ki, Köhnə şəhər Mosulun İŞİD-in nəzarəti altında qalan sonuncu ərazidir.

Bundan əvvəl İraq Silahlı Qüvvələri Mosulun Ez-Zancili və Eş-Şifaa məhəllələrini İŞİD terrorçularından azad edib, “Qədim şəhər”i mühasirəyə alıb. Hazırda Mosulun 1 faizindən az hissəsi İŞİD terrorçularının nəzarətindədir.