Əfqanıstanda Pakistanın iki diplomatı itkin düşüb

18 İyun, 2017 10:04 | Siyasət | Baxış sayı: 21

Onlar Əfqanıstandan Pakistana qayıdırlarmış

Əfqanıstanda iki pakistanlı diplomat itkin düşüb.

İstiPress “Kommersant.ru” ya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Əfqanıstanın Cəlilabaddakı konsulluğunda çalışıblar və cümə günü  Pakistana qayıdarkən itkin düşüblər. Pakistan Əfqanıstan hökumətindən diplomatların tezliklə tapılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səyləri artırmağı xahiş edib.