Ermənilər koronavirusa görə ölkədən qaçırlar - Paşinyan şokda

18 May, 2020 14:25 | Siyasət | Baxış sayı: 874
İrəvanda karantin
İrəvanda karantin

Hakim komandada çöküş başlayıb

Ermənistanda koronavirusa yoluxanların sayının bir gündə iki dəfə artaraq 351-ə qalxması ölkənin ekspert camiəsində şok effekti doğurub.

İstiPress-in məlumatına görə, hazırda bu ölkədə virusa yoluxanların toplam sayı 4828-ə yüksəlib və 2718 aktiv korona xəstəsi var, yəni yoluxanların yarıdan çoxu sağaldıla bilməyib.

Yaranmış durum bir çox ekspertlərin ölkədə koronavirusla bağlı indiyə kimi görülən işlərin üzərindən xətt çəkdiyini bildirirlər. İctimai-siyasi xadim Arman Sağatelyan sosial şəbəkə hesabından bildirib ki, artıq milyon nəfərə düşən yoluxma sayına görə, Ermənistan İranı geridə qoyub. “worldometers.info” portalı da erməni siyasətçinin dediklərini təsdiqləyir. Portalın məlumatına görə, bu günə, yəni 18 ma tarixinə Ermənistanda 1 milyon nəfərə düşən yoluxma sayı 1628 nəfər, İranda isə 1433-dür. Arman Sağatelyan sual verir ki, belə olan şəraitdə ölkədə fövqəladə vəziyyət elan etməyin nə mənası vardı?

Koronavirus Ermənistandan qaçanların sayını da artırıb və bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti yazıb. Qəzetin yazdığına görə, bu ilin yanvar-mart aylarında İrəvandakı “Zvartnots” hava limanın ilə 269 min adam ölkəni tərk edib və geri 257 min adam qayıdıb. Yəni 12 minə yaxın adam geri qayıtmayıb. Eyni mənzərə Gümrüdə yerləşən “Şirak” hava limanında da müşahidə edilib və orada fərq 1 min nəfər olub.

Ermənistana xaricdən pul  köçürmələri 2020-ci ilin ilk 3 ayı ilə 2019-cu ilin ilk 3 ayının müqayisəsi (qırmızı Rusiyadan köçermələrdir)
Ermənistana xaricdən pul köçürmələri 2020-ci ilin ilk 3 ayı ilə 2019-cu ilin ilk 3 ayının müqayisəsi (qırmızı Rusiyadan köçermələrdir)

Ola bilər ki, ermənilər ölkələrində səhiyyənin yarıtmaz vəziyyətindən narahat olub xaricə qaçmağa çalışırlar. Amma digər statistik rəqəmlərə baxdıqda daha çox bunun iqtisadi səbəbləri olduğunu görmək olur. Məsələ bundadır ki, koronavirusla bağlı Ermənistana başqa ölkələrdən gələn maliyyə yardımı azalıb. 

Məsələn, “news.am”ın yazdığına görə, 2020-ci ilin yanvar-aprel aylarından bu ölkəyə xaricdən fiziki şəxslərin göndərdiyi vəsaitlər 9,68%, yaxud 353,56 milyon dollar azalma olub. Bu çərçivədə Rusiyadan gələn vəsaitlər 16 faizə qədər azalıb. Yəni Ermənistana pul göndərə bilməyən bəzi əmək miqrantları ailələrini bir dəfəlik bu ölkədən birdəfəlik çıxarmağa qərar veriblər. Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 12 milyard dollar ətrafındadır və bunun təxminəi 40 faizini xaricdən ölkəyə bank yolu ilə göndərilən pul köçürmələri təşkil edir. Yəni köçürmələrin 353,56 milyon dollar azalması ÜDM-in artıq 3 faiz azalması deməkdir. Özü də bu şişirtmə aqrar sektorun, yaxud fərdi təsərrüfatın naturlar  rəqəmləri deyil, dolanışığa bitrbaşa təsir edən canlı pullardır ki, azalması manipulyativ effektlə başqa sektorlarda da dolanışığı pisləşdirir.

Bəlkə də, elə buna görədir ki, Paşinyanın komandasının yüksək çinli məmurları  artıq onu tərk etməyə başlayıblar. “Past” qəzetinin yazdığına görə, baş nazir Paşiyanın iki müavini - Tiqran Avinyan və Varaq Siseryan istefaya hazırlaşır və qəzet bunu koronavirus pandemiyasının yaratdığı durumla izah edir.