Prezident: "Qəribə şeylər olur"

18 Aprel, 2020 15:17 | Siyasət | Baxış sayı: 228
Donald Tramp
Donald Tramp

ABŞ lideri Çinin koronavirusdan ölüm faktlarını gizlətdiyini iddia edir

"Virusun yarasadan yayıldığı deyilir. Amma Uhandakı heyvan bazarında bu yarasa satılmır. O 49 mil aralıdadır. Qəribə şeylər olur. Araşdırıb görəcəyik". Bunu son günlərdə koronavirusdan ölən və yoluxanların sayına görə lider olan ABŞ prezidenti Donald Tramp deyib. Prezident virusun laboratoriyadan çıxması haqqında iddiaları da məntiqli adlandırıb. 

Tramp "Twitter" səhifəsində Çinin ölüm halları ilə bağlı açıqladığı statistikadan da bəhs edib. O, qeyd edib ki, ölüm sayı açıqlanandan daha çoxdur. Hətta ABŞ-dakından da çox. "ABŞ heç Çinin yanına belə yaxınlaşa bilməz. Bilirsiniz ki, virus Çində meydana çıxıb. Çin isə çox böyük ölkədir və ciddi problem yaşayıb". 

Onun sözlərinə görə, hazırda 184 ölkə virusun acı fəsadlarını yaşayır. Bu çox acınacaqlı haldır. "Virus ilk qeydə alındığı zaman asanlıqla araadan qaldırıla bilinərdi".