Tramp bu dəfə Türkiyəni hiddətləndirdi

18 Aprel, 2018 10:35 | Siyasət | Baxış sayı: 179
Donald Tramp
Donald Tramp

"Rahib zülmə məruz qalır"

ABŞ prezidenti Donald Tramp bu dəfə Türkiyəni hiddətləndirdi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, onun hədəfində isə FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib olub. 

Prezident 35 il həbsi istənilən Kreyk Brunsonu dəstəkləyən tvit yazıb.

Xatırladaq ki, Tramp daha öncə din xadiminin Amerikaya geri qaytarılmasını tələb etmişdi. Lakin Türkiyə məhkəməsi bu təklifə rədd cavabı verib. 

"Amerikada yaxşı bir adam və xristian lider olan rahib Brunson səbəbsiz yerə Türkiyədə ittiham edilir və zülmə məruz qalır. Ona casus deyirlər, mən ondan daha çox casusam. Ümid edirəm ki, evinə, gözəl ailəsinə geri dönməyinə icazəə veriləcək".