Paşinyanın qorxulu sevinci - çox adam öləcək

18 Mart, 2020 17:14 | Siyasət | Baxış sayı: 991
Nikol Paşinyan hər yerdə olduğu kimi orduda da arxasını yaşlı nəslə çevirib
Nikol Paşinyan hər yerdə olduğu kimi orduda da arxasını yaşlı nəslə çevirib

“Bu, yeni ölkə, yeni münasibətlər qurmağa imkan yaradacaq”

Ermənistan baş naziri Nikol Paşinyan bu ölkədə koronavirusa yoluxanların sayının sürətlə artaraq 100-ə yaxınlaşmasını qəribə bir sevinclə qarşılayıb.

İstiPress-in “ArmenianReport”a istinadən məlumatına görə, “Facebook”da yazan Paşinyan bildirib ki, bu virus gənclərə təsir etməyəcək və bu, yeni ölkə, yeni münasibətlər qurmağa imkan yaradacaq.

Yəni erməni inqilabının narıncı lideri açıq mətnlə bildirib ki, xəstəlik ölkədə çox yayılsa, bu, ermənilərin gələcəyi üçün çox əlverişlidir, çünki əks-inqilabi mövqeli yaşlı nəsil virusa yoluxaraq öləcək. Paşinyanın məntiqinə görə, ölkədə sovetpərəst yaşlı adamlar qırılmasa, qərbpərəst Ermənistanı qurmaq mümkün olmayacaq. 

Anna Akopyan özünü təcriddən 1 gün öncə
Anna Akopyan özünü təcriddən 1 gün öncə

Nəyin necə olacağını yalnız Yaradan bilir, amma o, aydındır ki, erməni baş nazir orta əsrlərdə baş vermiş taunun Avropanın inkişafını sürətləndirməsi barədə cəfəngiyyat ədəbiyatiını çox oxuyub. Əks halda, həyat yoldaşı Anna Akopyan Braziliyanın koronaviruslu birinci xanımı ilə qucaqlaşdıqdan sonra tələm-tələsik İrəvanı tərk edərək, Sevanda özünü təcrid etməzdi. Nikol hər halda, bir siyasətçi üçün absurdlar seriyasının növbət həlqəsini hördü.

Təbii ki, onun bu adekvat olmayan addımları sadə ermənilərin də diqqətindən yayınmayıb. "Vestnik Kavkaza"nın yazdığına görə, sadə ermənilər onu sosial şəbəkələrdə dəhşətli ifadələrlə təhqir ediblər. Onu bütün dünyanı qorxuya salan koronavirus fəlakəti qarşısında yalançı arzular dumanından çıxmağa çağırıblar.