AZAL İtaliya və Türkiyədə qalanları Bakıya gətirdi

18 Mart, 2020 09:24 | Siyasət | Baxış sayı: 65
İtaliyadan gətirilən tələbələr
İtaliyadan gətirilən tələbələr

Bu gecə 2 çarter reysi olub

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib. 

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatına görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib. 

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilmişdi. 

"Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək".