Erməni millətçilərinin Moskvada iyrənc “mübarizəsi” - VİDEO

18 Fevral, 2020 10:59 | Siyasət | Baxış sayı: 434

“Millətin təmizliyi”ni qoruyanlar restoran müştərilərinə hücum edirlər

Erməni millətçiləri nədənsə Moskvada “millətin təmizliyi” uğrunda mübarizəyə başalyıblar. Bu barədə  Rusiyanın “360” portalı yazıb.

Rusiya paytaxtında miltəçi “AspeT” təşkilatı yaradılıb ki, adı tərcümədə “cəngavər” deməkdir. Amma bu millətçi təqşkilatıvn üzvaləri heç də özlərini cəngavər kimi aparmırlar. Elə bu günlərdə bu təşkilatın üzvləri Kiyev şossesində yerləşəen ticarət-əyləncə mərkəzlərindən birinə giriblər. Masa arxasında oturan gənc cütlüyü görəndən sonra qızdan millətini soruşublar. Qız erməni olduğunu deyib. Daha sonra qızdan valideynlərinin telefon nömrəsini soruşublar və ona zəng etmək istəyiblər. İddia ediblər ki, erməni millətindən olan qız yad kişi ilə ictimai yerldə peyda ola bilməz. Qız deyib ki, atam erməni olsa da, anam rusdur, məni hara istəsəm, ora da gedə bilərəm.

“Cəngavərlər” qızın üzünə şirə paketləri atıblar ki, sən erməni olmağa layiq deyilsən. Heç yerdə demə ki, ermənisən. Bu millətin təmizliyi uğrunda mübarizə aparan “cəngavərləri” çətinliklə restorandan çıxarıblar. Hadisəni izləyənlər qeyd ediblər ki, “millətin təmizliyi” uğrunda mübarizə aparan həmin erməniləri toplayıb İrəvana göndərmək lazımdır ki, gedib orada mübarizə aparsınlar.