Rusiyanın Ermənistandan yeni tələbi

17 Dekabr, 2018 17:59 | Siyasət | Baxış sayı: 263
Sergey Lavrov
Sergey Lavrov

Lavrov canlı efirdə detalları açıb

"Moskva ilə İrəvan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır". 

İstiPress-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”.

S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib.