Lukaşenko Azərbaycana görə Paşinyanı belə susdurdu VİDEO

17 Dekabr, 2018 10:53 | Siyasət | Baxış sayı: 467
"Polonez"
"Polonez"

"Nikol, niyə dilin batdı? İndi Vladimir Putini tənqid et. Qorxursan?"

Belarus prezidenti Aleksandr Lukaşenkonun bir neçə gün öncə rusiyalı jurnalistlərlə görüş ilə bağlı yeni məlumatlar yayılıb. O, Minskdəki görüşdə Azərbaycana silah satışı, buna görə Minski tənqid edən Ermənistana cavabından danışıb.

Belarus prezidenti Aleksand Lukaşenko Azərbaycana silah satdığı üçün onu tənqid edən Paşinyanı susdurub. İstiPress-in məlumatına görə, Lukaşenko bu barədə rusiyalı jurnalistlərlə görüşündə danışıb.

"Bu MDB sammitində olub. İlham Əliyev də orada idi. Danışıq Putinin yanında oldu. Mən dedim: "Nikol, gəl hər şeyi aydınlaşdıraq. Azərbaycana silah satışında birinci yeri kim tutur? Kim?- Rusiya. Niyə dilin batdı? İndi Vladimir Vladimiroviçi tənqid et. Qorxursan? 

İkinci kimdir? İsrail, Üçüncü kimdir? Türkiyə. Dördüncü isə "Polonezi" nəzərə alsaq yəqin ki, bizik. "Polonez"lər olmasa onuncu. Belarusa niyə hücum edirsən? Sən de - mən susacam. Haqsızam?" Bax belə söhbətimiz olub".

Lukaşenko həmçinin deyib ki, bu gün Belarusda ermənilər Ermənistandan daha yaxşı yaşayırlar.