Rusiya ilə Ermənistan arasında yeni uçurum

17 Oktyabr, 2019 11:13 | Siyasət | Baxış sayı: 190
Putin və Paşinyan
Putin və Paşinyan

Paşinyan boynuna mindiyi Moskvaya kələk gəlmək istəyir

Rusiyanın aparıcı kütləvi informasiya vasitələri Ermənistana qarşı münasibətlərini dəyişir. Əgər bundan qabaq onlar ancaq bu ölkə haqqında müsbət faktları verməyə cəhd edirdilərsə, küçə inqilabçısı Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan münasibətlərinin əhəmiyyətli dərəcədə soyuması onlara da təsir edib. Rusiya KİV-də Ermənistan haqqında hər şeyi olduğu kimi deməyə başlayıblar.

"Komsomolskaya pravda" bir məqama diqqət çəkir – Ermənistan Avrasiya İttifaqına üzv olduqdan sonra onun işləri cüzi də olsa yaxşılaşmışdı. Vəziyyətin pisləşməsi ilk növbədə Ermənistanın işğalçı, aqresiv siyasətinə görə sadəcə olaraq regionda hər kəsdən təcrid olunması  ilə əlaqəli olub. Cənubi Qafqaz ölkəsi üçün İttifaqa daxil olmaq süni nəfəs aparatı rolunu oynayıb. Ancaq 2016-17-ci illərdə azda olsa proqressə nail olmaq imkanı olsa da, hər şey Paşinyanın hakimiyyəti küçələrin köməyi ilə ələ keçirməsindən sonra məhv olub. 

“KP” yazır ki, baş nazirin özünün, statistika xidmətinin bütün optimist çıxışları, “bir az da dözək, sonra hamımız süd gölündə üzəcəyik” kimi bəyanatlarına baxmayaraq ölkə iqtisadiyyatı müntəzəm olaraq zəifləyir. “İqtisadi böhran meydana gəlib”.

Paşinyan Ermənistan ilə Rusiyanı bağlayan körpüləri yandırır. O, nəinki verən əli itələyir, həm də onu gəmirir, az qala boynunda oturduğu Moskvanı şanataj etməyə cəhd edir. “İki ölkə arasında münasibətlər indikindən pis heç zaman olmayıblar. Bunun üçün də yaxın zamanda Ermənistanın strateji tərəfdaşdan, starateji düşmənə çevrilməsi  mümkündür”.