Prezidentin görüşünə gedən tərcüməçi həyatının şokunu yaşadı FOTO

17 Oktyabr, 2019 15:15 | Siyasət | Baxış sayı: 223
ABŞ və İtaliya prezidentlərinin görüşü
ABŞ və İtaliya prezidentlərinin görüşü

Tramp italiyalı həmkarına "mozzarella" dedi

Qalmaqallı çıxışları ilə yadda qalan ABŞ prezidenti Donald Tramp yenə bütün diqqətləri üzərinə toplamağı bacarıb. Bu dəfə buna səbəb onun İtaliya prezidenti ilə görüşdəki sözləri olub. Amerika liderinin dediklərindən ən çox heyrətlənən isə şübhəsiz ki, görüşdə iştirak edən tərcüməci qadın olub. 

Tramp İtaliyadan olan həmkarı Sergio Mattarella ilə Ağ evdə mətbuat konfransı keçirib. İlk olaraq o həmkarı Mattarellaya "mozzarella"(pendir növü) deyə müraciət edib. Daha sonra iki ölkə arasındakı münasibətlərin  antik Roma imperiyası dövrünə gedib çıxmasından danışıb. İtaliyan dilinə tərcüməci belə Trampın dedikləri qarşısında təəccübünü gizlədə bilməyib. Qadın heyrəti onun üz ifadələrində belə öz əksini tapıb. 

ABŞ prezidentin sözləri onu sosial mediada da gülüş hədəfinə çevirib. 

Dövlət başçının ABŞ - İtaliya münasibətlərinin imperiya dövrünə dayandığı barədə sözləri Ağ evin "Twitter" hesabında da yerləşdirilib.