Prezident məmuru öz otağında qəbul etdi YENİLİK

17 Oktyabr, 2019 15:32 | Siyasət | Baxış sayı: 355
Prezidentin qəbulu
Prezidentin qəbulu

Qəbul fərqli formada olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov prezidentin qəbulunda olub. Dövlət başçısı sədri bu gün qəbul edib.  

İki gün öncə dövlət başçısı bir qrup dövlət məmuru ilə iqtisadi müşavirə keçirib. Prezident çıxışında ölkə əhəmiyyətli bir çox məsələlərə toxunub. 

Xatırladaq ki, S.Məmmədov lham Əliyevin 2015-ci il tarixli sərəncamı ilə “Azəryolservis”in sədri təyin edilib. S.Ə.Məmmədovun əməyi Azərbacan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, Respublika Prezidentinin 2010-cu il sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2012-ci ildə isə “Əməkdar Mühəndis” fəxri adı verilib.